Sahibə Qafarova Mustafa Şentopa başsağlığı verdi

XARİCİ SİYASƏT 30 iyl 2021, 19:58
Milli Məclisin sədri Sahibə Qafarova TBMM sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Demokrat.az-a verilən məlumata görə, iyulun 30-da Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin müxtəlif bölgələrində baş verən yanğınların davam etməsi və bunun nəticəsində insanların həyatını itirməsi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb.

Parlamentin sədri öz adından və Azərbaycan Milli Məclisi adından yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

"Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır. Dualarımız Sizinlədir" - məktubda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top