"Xəstəm var, tələsirdim" deyən moped sürücüsü həbs edildi — VİDEO


HADİSƏ 29 iyl 2021, 13:55
Dünən Zərifə Əliyeva küçəsində, Neftçilər prospektində moped idarə edərkən dəbilqədən istifadə etməyən sürücü iki yol polisi əməkdaşının saxla işarəsinə tabe olmayıb. Dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qaçmağa çalışan sürücünü yol polisi əməkdaşları Kukla teatrının yanında saxlayıblar.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücü təhlükəli manevrlər edib polisin qanuni tələblərinə əməl etmədiyi üçün barəsində toplanmış materiallar Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə göndərilib. Araşdırma zamanı məlum olub ki, 22 yaşlı Elnur Məlikzadə şirkətlərin birində kuryer işləyir və özü Avtosfer.az-ın əməkdaşı ilə söhbətində etiraf edib ki, yeddi ildir moped idarə etsə də, dəbilqədən istifadə etmir. O, səbəb kimi ürəyi sıxıldığını bildirib.

Qeyd edək ki, Elnur Məlikzadənin iyul ayının 22-sində paytaxtın Neftçilər propektində "Mercedes" markalı avtomobillə toqquşaraq qəza törətdikdən sonra hadisə yerindən qaçaraq yayındığı da yol polisi tərəfindən aşkar edilib.

Bundan əlavə sürücü barəsində polisə ünvanlanan çoxsaylı şikayətlər və toplanmış materiallar Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Elnur Məlikzadə 20 gün müddətinə  inzibati qaydada həbs olunub.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top