“Ermənistanla sərhəddə bu cür təxribatların olması gözlənilən idi. Qar əridikdən sonra Azərbaycan Ordusu öz mövqelərinə çıxmağa davam edir, sərhədin Azərbaycana məxsus hissələrində möhkəmlənir. Ermənistan isə təxribat törədərək, prosesə imkan vermir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. O, Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində qarşı tərəfin təxribat törətməsinin Qərbin və ölkə daxilində olan qüvvələrin təsiri ilə baş verdiyini bildirib:
“Hələ ki, delimitasiya və demarkasiya ilə bağlı qanun yoxdur. Ermənistan da bundan istifadə edərək, sərhəddən mövqelərimizi atəşə tutur. Ermənistan ciddi cəhdlə dünyaya car çəkmək istəyir ki, Rusiya sülhməramlıları üzərinə düşən vəzifəni yerin yetirə bilmir. Çalışırlar ki, digər dövlətlər, xüsusilə, Fransa və ABŞ bölgəyə diqqəti artırsın. Hiss olunur ki, son hadisələr fonunda bu iki ölkənin Ermənistandakı səfirləri aktivləşib. Digər tərəfdən, Nikol Paşinyan nə qədər ki hakimiyyəti bütünlüklə ələ ala bilməyib, orduya nəzarət və rəhbərlik edə bilmir, bu cür hallar olacaq. Hazırda Ermənistan ordusunda Köçəryanın və Sarkisyanın adamlarıdır. Onlar birmənalı şəkildə bu təxribatı törədirlər ki, Paşinyan bütün nəzarəti itirsin. Orduda Paşinyana qarşı çıxan Baş qərargah rəislərinin hamısı ordudan uzaqlaşdırılmayıb. Başqa sözlə, hələ də orduda Paşinyana qarşı olan qüvvələr var”.

Millət vəkili vurğulayıb ki, Ermənistanın təxribatlar törətməsində əsas məqsədi delimitasiya və demarkasiya prosesini yubatmaqdır:
“Ermənistan təxribatlarla sərhədlərin müəyyənləşdirilməsi məsələsini uzatmaq niyyətindədir. Sərhədlərin təyin olunmasında xəritələrdən və digər vasitələrdən istifadə edərək, ərazilərin kimə məxsus olması aydınlaşacaq və rəsmiləşəcək, Ermənistan isə bunu istəmir. Yəni, Ermənistan tərəfinin sərhəddəki təxribatlarının bir neçə səbəbi və onlara təsir edən amillər var. Bu baxımdan, təxribatların davam edəcəyi gözləniləndir. Ermənistanın təxribatları fonunda ciddi siyasi proseslər gedir. Həm Qərb, həm Rusiya öz nüfuzunu artırmağa çalışır. Lakin Azərbaycan Ordusu üzərinə düşən vəzifəni yerinə yetirməyə davam edir. Ermənistanın hər addımına qarşı adekvat cavab veriləcək. Bu məsələ BMT qarşısında qaldırılmalıdır. 30 ilə qədər susan ATƏT-in Minsk qrupu öz fəaliyyətini bərpa etmək istəyirsə, ilk növbədə bu hadisələrdən, proseslərdən başlamalıdır”.
Aygül Qarayeva
Demokrat.az