"Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırdı — YENİLƏNİB

İDMAN 28 iyul 2021, 22:59
"Neftçi" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Demokrat.az xəbər verir ki, Bakı klubu evdə "Olimpiakos"u (Yunanıstan) qəbul edib. "Bakcell Arena"da keçirilən görüşdə "Neftçi" 0:1 hesabı ilə məğlub olub. Komandalar arasında Yunanıstandakı ilk matçda eyni hesabla uduzan "Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb.

Samir Abasovun baş məşqçisi olduğu komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni davam etdirəcək. "Neftçi" burada HİK-lə (Finlandiya) görüşəcək. Bakı təmsilçisi ilk oyunu avqustun 5-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.

"Olimpiakos" isə ÇL-in 3-cü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets"  (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək

“Neftçi”dən Namik Ələskərov zədəsi, Mert Çelik isə cəzası səbəbindən meydana çıxa bilməyib. Rəqibin düşərgəsində isə itki daha çox olub: 8 nəfər. Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila və Eqmundur Kristinsson matçı buraxıblar. Onlardan M.Kamara cəza, digərləri isə zədə səbəbindən Azərbaycan paytaxtına gətirilməyib.


28 iyul
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu


21:00. "Neftçi" - "Olimpiakos" (Yunanıstan) - 0:1
Qol:
Masuras,15
"Bakcell Arena"
İlk oyun - 0:1

Hakimlər: Rikardo de Burqos, Roberto del Palomar, Yon Nunyes, Adrian Kordero (İspaniya)

Qol.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top