TOKİO-2020: Bu gün 4 idmançımız mübarizəyə qoşulur

İDMAN 25 iyl 2021, 00:46
Bu gün Azərbaycanın daha 4 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq.

Demokrat.az-ın məlumatına görə, stend atıcılığında Emin Cəfərov, idman gimnastikasında Marina Nekrasova qüvvəsini sınayacaq.

Yarışın ikinci günündə Azərbaycanın bir boksçusu rinqə çıxacaq. 63 kq çəki dərəcəsində yer alan Cavid Çələbiyev ilk görüşünü keçirəcək.

Cüdoçulardan isə Orxan Səfərov (66 kq) Tokio olimpiadasında debüt edəcək. Hər iki idmançı mübarizəyə 1/16 finaldan başlayacaq.


TOKİO-2020

25 iyul

Stend atıcılığı

05:00. Təsnifat. Emin Cəfərov

İdman gimnastikası

05:00. Təsnifat. Marina Nekrasova

Cüdo

66 kq

06:00. 1/6 final. Orxan Səfərov - Yerlan Serikjanov (Qazaxıstan)

Boks

63 kq

08:24. 1/16 final. Cavid Çələbiyev – Yaroslav Hartsiz (Ukrayna)

Qeyd edək ki, Azərbaycan bu olimpiadada 44 idmançı ilə təmsil olunur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top