Bu gün snayperlə vurulan Fərmanın atası da şəhid imiş — FOTO

SOSİAL 23 iyl 2021, 22:24
Bu gün şəhid olan gizirimiz, 1993-cü il təvəllüdlü Yaqublu Fərman Telman oğlunun atası da şəhid imiş.

Demokrat.az Unikal.org-a istinadən xəbər verir ki, şəhid gizirimiz Vətən müharibəsi iştirakçısı olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Şəhid Fərmanın atası Yaqubov Telman Fərman oğlu da şəhiddir. O, 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizin atası Beyləqanın Birinci Şahsevən kəndində dəfn olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top