Gürcüstanda epidemioloji vəziyyət pisləşdi, ölkə “qırmızı” zonaya keçdi

REGİON 20 iyl 2021, 17:23
“Gürcüstanda epidemioloji vəziyyəti müəyyən edən bütün göstəricilər pisləşib. Ölkə “narıncı” zonadan “qırmızı” zonaya keçib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət narahatlıq doğurur:

“Məhdudiyyətlərin tətbiqi ilə bağlı Koordinasiya Şurasına tövsiyələr artıq təqdim olunub. Epidemioloji vəziyyət pisləşməkdə davam edərsə, daha sərt məhdudiyyətlərə ehtiyac yaranacaq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top