Əfqanıstanda bəzi ərazilər Talibandan azad olundu

DÜNYA 19 iyl 2021, 18:15
Əfqanıstanın cənubundakı Helmənd əyalətinin Qərmsir qəzası Taliban hərəkatının dəstələrindən azad edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi sözçüsü Fəvad Aman “Twitter” hesabında paylaşım edib. Əfqanıstan Milli Ordusu tərəfindən keçirilmiş əməliyyat zamanı 20 talibançının öldürüldüyü, onlarla yaralının olduğu, xeyli miqdarda silah və hərbi ləvazimatın ələ keçirildiyi qeyd edilib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top