Vilayət Eyvazovdan yeni TƏYİNAT

SOSİAL 18 iyl 2021, 18:25
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Demokrat.az xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Füzuli Rayon Polis Şöbəsinin rəisi, polkovnik Xəqani Məmmədov vəzifəsindən azad edilərək, Siyəzən rayon polis şöbəsinə rəis təyin edilib. 

Nazirin digər əmri ilə Füzuli rayonu Polis şöbəsinə rəis vəzifəsinə isə Zaur Abbasov təyin edilib.

Qeyd edək, Z.Abbasov bu təyinata qədər Füzuli Rayon Polis Şöbəsində rəis müavini olub./Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top