“Bayraktar”ların yaradıcılarından bayram sürprizi — VİDEO

DÜNYA 18 iyl 2021, 17:52
İkinci Qarabağ savaşındakı zəfərimizdə mühüm pay sahibi olan Türkiyənin pilotsuz uçuş aparatlarının istehsal edildiyi “Baykar” müəssisəsi maraqlı paylaşıma imza atıb.

Müdafiə sənayesi kollektivinin “Twitter” səhifəsində izləyiciləri bayram sürprizinin gözlədiyi bildirilib.

“Bayram hədiyəsi yüklənir. 20 iyulu gözləyin”, - deyə paylaşımda qeyd olunub.

İlkin ehtimallara əsasən, “Bayraktar”ların yaradıcıları yeni silahlarını nümayiş etdirməklə türk-müsəlman dünyasının Qurban bayramını təbrik etməyi düşünürlər.
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top