Zelenski daxili işlər naziri postuna namizəd təqdim etdi — YENİLƏNİB

DÜNYA 13 iyl 2021, 23:59
Ukrayna prezidenti Vladimir Zelenski daxili işlər naziri postuna namizəd təqdim edib.

“Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, posta hakim “Xalqın Xidmətçisi” (“Suluqa naroda”) partiyasından, hazırda parlamentdə Hüquq mühafizə orqanlarının fəaliyyəti üzrə komitənin sədri Denis Monastriskiynin namizədliyi Ali Radaya rəsmən irəli sürülüb.
22:02
Ukraynanın bu gün istefa verən erməni əsilli daxili işlər naziri Arsen Avakovun yerinə Ali Radada (parlament) namizədliyi müzakirə olunacaq namizəd müəyyən olunub.


“Report"un Şərqi Avropa bürosunun Ali Radadan əldə etdiyi məlumata görə, bu hakim “Xalqın Xidmətçisi” (“Suluqa naroda”) partiyasından, hazırda parlamentdə Hüquq mühafizə orqanlarının fəaliyyəti üzrə komitənin sədri Denis Monastriskiydir.

Avakovun istefa ərizəsinə və yeni daxili işlər nazirinin təsdiqi ilə bağlı məsələyə Ali Radanın iyulun 15-də keçiriləcək iclasda baxması gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top