Dənizdə boğulan iki nəfərin meyiti tapıldı

HADİSƏ 13 iyl 2021, 16:57
Dünən Xəzər dənizində boğulan iki nəfərin meyiti tapılıb.

Demokrat.az xəbər verir ki, hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazisində baş verib.

Sabunçu Ramana qəsəbə sakinləri - 2003-cü il təvəllüdlü Abdullayev Rəvan Şahniyaz oğlu və  2002-ci il təvəllüdlü Bayramov Məhərrəm Oruc oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən dənizdən çıxarılıb.

Onların meyiti aidiyyəti üzrə təhvil verilib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top