“Əkrəm Əylislinin tək qalması mənə pis təsir edir” — Yazıçı Elçin

ƏDƏBİYYAT 13 iyl 2021, 00:37
“Əkrəmlə münasibətimiz nə pisdir, nə də yaxşı. Sadəcə münasibətimiz yoxdur”.

Demokrat.az
bildirir ki, bu sözləri APA-ya müsahibəsində xalq yazıçısı Elçin bildirib.

Onun sözlərinə görə, vaxtilə paylaşdığı sevdiyi hekayələrin siyahısında Əkrəm Əylislinin “Ürək yaman şeydir” hekayəsi olub: “Bəli, o hekayənin adını yenə çəkərəm, əlbəttə, çünki bu gün də o fikirdəyəm. Əgər Əkrəm bu gün zəif, ya da xoşagəlməz nəsə yazıbsa, bu o demək deyil ki, onun dünən yazdıqlarının da üstündən xətt çəkək”.

Elçinin sözlərinə görə, əgər onun yazdığı zəif və xoşagəlməz yazıları tərəzinin bir gözünə, həmin hekayəni, ya da “Kür qırağının meşələri” povestini o biri gözünə qoysaq, bu hekayə də, povest də çox ağır gələr: “Əkrəmin tək qalması, tənhalığı, sizdən gizlətmirəm, mənə pis təsir edir. Gərək belə olmayaydı. Ancaq bu təcridin səbəbkarı Əkrəmin özüdür. Ola bilsin ki, mən yanılıram, bəlkə o özünü camaatdan təcrid olunmuş, tək-tənha hiss etmir? Təki belə olsun”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top