Elton Məmmədovun şirkəti məhkəməyə verildi

HADİSƏ 09 iyl 2021, 22:43
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Bakı-XXI Əsr” MMC-ni məhkəməyə verib. 

Demokrat.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə hər hansı qeyd yoxdur. İddialara görə isə, “Azərişıq”ın MMC-ni məhkəməyə verməsi külli miqdarda borcla bağlıdır. 

"Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Nizamnamə kapitalı 14,9 milyon manat olan Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib. 

Ötən il "Bakı-XXI Əsr” MMC yenidən təşkil olunmuşdu. Buna səbəb tərkibindən ayrılma baş verməsi və "Krosvey" MMC-nin yaradılması idi.

Bu ilin mart ayında isə “Bakı-XXI Əsr” MMC-nin fəaliyyətinə xitam verilib. Şirkət "Top Properties” MMC-yə birləşib. Bir ay sonra “Krosvey” MMC də ləğv olunub.

“Bakı-XXI Əsr” MMC-nin sahibi keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov olub. /Hit.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top