“Əfqanıstana ölkə qurmağa getməmişdik” — Bayden

DÜNYA 09 iyl 2021, 22:04
 Prezident Co Bayden bəyan edib ki, ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-də başa çatacaq.

O, əlavə edib ki, çıxışın mümkün qədər tez baş verməsi təhlükəsizlik baxımından məqsədəuyğundur. Bayden bunu da xatırladıb ki, Birləşmiş Ştatlar Əfqanıstanda "Taliban"ın hərbi uğurları ilə mümkün vətəndaş müharibəsi təhlükəsinin artmasına baxmayaraq, bu ölkədəki 20 illik missiyasını başa çatdırmağa çalışır.

C.Bayden iyulun 8-də Ağ Evdə etdiyi nitqdə deyib: “Biz Əfqanıstana ölkə qurmağa getməmişdik. Ona görə də ABŞ-ın ən uzunmüddətli müharibəsinə son qoyuruq”.

Qoşunların çıxarılmasına daha müfəssəl izahat verməsi üçün ona göstərilən təzyiqlərə baxmayaraq Bayden deyib ki, öz ölkələrini necə idarə etmək məsələsi yalnız əfqanların haqqıdır: “Əfqanıstanlı liderlər bir araya gəlməli və gələcəyə doğru hərəkət etməlidirlər. Öz gələcəyi barədə qərar qəbul etmək haqqı yalnız Əfqanıstan xalqının hüququ və məsuliyyətidir”.

ABŞ prezidenti bəyan edib ki, ABŞ-ın Əfqanıstan hökumətinə və təhlükəsizlik xidmətlərinə dəstəyi bundan sonra da davam edəcək. Onun sözlərinə görə, bu missiyada ABŞ qüvvələri üçün işlədiklərinə görə indi "Taliban" təhlükəsi ilə üzləşən minlərlə tərcüməçiyə isə Birləşmiş Ştatlarda sığınacaq veriləcək.

Bayden deyib ki, o, yanvar ayında Ağ Evə gələndən bəri 2500 əfqanıstanlıya xüsusi miqrasiya vizaları verilib. O, həmin şəxslərə müraciət edib: “Əgər istəsəniz, sizin Birləşmiş Ştatlarda eviniz var. Siz bizim yanımızda olduğunuz kimi, biz də sizin yanınızda olacağıq”.

ABŞ prezidenti əlavə edib ki, xüsusi vizası olanlar üçün Əfqanıstandan ABŞ-a evakuasiya reyslərinə bu ay başlanacaq. Ağ Ev bildirilib ki, administrasiya vizaları hazırlanmaq prosesində olan əfqanların müvəqqəti sığınması üçün ABŞ-dan kənardakı üçüncü ölkələrdə hazırlıq görüb.

Pentaqon bildirib ki, Baqram hərbi-hava bazasının ötən həftə təhvil verilməsindən sonra ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılması işinin 90 faizi başa çatıb.

ABŞ koalisiyasına daxil başqa ölkələr də Əfqanıstandakı qoşunlarını nizamlı şəkildə çıxarıb.

"Taliban"ın ölkə ərazisinin böyük hissələrini ələ keçirməsinə baxmayaraq, Bayden ümid etdiyini deyib ki, o Əfqanıstan hökumət qüvvələrinin hücumlarını dəf edəcəinə əmindir: “Mən "Taliban"a etibar etmirəm, amma mən Əfqanıstan hərbçilərinin qüdrətinə də inanıram”.

“Talibanın qələbəsi qaçılmazdırmı?” sualına Bayden “yox” cavabı verib.

"Azpost.info"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top