Azərbaycanda yol qəzası baş verdi: 5 ölü, 2 yaralı

HADİSƏ 09 iyl 2021, 08:56
Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Avtoqəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə zamanı "Mercedes Vito" markalı mikroavtobusla "KamAZ" markalı yük maşını toqquşub.

Yol qəzasının təfərrüatları araşdırılır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top