İdman

Tokio-2020 azarkeşsiz keçiriləcək — RƏSMİ

Tokio-2020 azarkeşsiz keçiriləcək — RƏSMİ

Tokio-2020 Yay Olimpiya Oyunları bütün yarış meydanlarında azarkeşsiz keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə olimpiadanın təşkilinə məsul olan yaponiyalı nazir Tamayo Marukava açıqlama verib.

O bildirib ki, Oyunlar paytaxt ərazisində yerli azarkeşlərin iştirakı olmadan təşkil ediləcək. Tamaşaçıların digər prefekturalardakı yarışlara buraxılması isə hazırda təşkilatçılar və yerli hökumət nümayəndələri ilə razılaşdırılır.

Qeyd edək ki, Tokio-2020 23 iyul - 8 avqustda keçirilməlidir.(report.az)

D
demokrat.az