Ermənistan polisi Zəngəzur mis kombinatında axtarışa başladı

REGİON 08 iyl 2021, 13:16
Bu gün səhər saatlarından etibarən Ermənistan hüquq-mühafizə orqanları Qacaran meri Manvel Parmazyanın evində və Zəngəzur Mis Molibden Kombinatında axtarışlara başlayıb.

Bu haqda vəkil Robert Ayrapetyan özünün Facebook səhifəsində bildirib. “Şou davam edir”,-vəkil yazıb

Manvel Parmazyan Ermənistandakı seçki kampaniyası zamanı keçmiş prezident Robert Köçəryanın “Ermənistan” blokuna dəstək verib. Zəngəzur Mis-Molibden Kombinatına gəldikdə isə onun səhmdarlarından biri Sünik vilayətinin keçmiş qubernatoru Vaqe Akopyandır. O da “Ermənistan” blokundan parlamentə namizədlər siyahısında idi.

Baş nazir Nikol Paşinyan seçki kampaniyası zamanı Sünikdə çıxış edərkən dəfələrlə həmin kombinatın adını çəkmişdi. Şirkətin rəhbərliyini əməkdaşların siyasi baxışlarına təsir göstərməkdə, müxalifətin mitinqlərinə getməyə məcbur etməkdə və onun seçki mitinqlərinə getməyi qadağan etməkdə günahlandırmışdı.(azpost.info)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top