Hindistan ştammı 104 ölkəyə yayıldı

DÜNYA 08 iyul 2021, 00:17
İlk dəfə Hindistanda aşkarlanan və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "Delta" kimi etiketlənmiş "COVID-19"un yeni mutasiya olunmuş forması artıq 104 ölkədə qeydə alınıb. Bu barədə ÜST-nin həftəlik epidemioloji bülletenində məlumat verilib.

Təşkilat bildirir ki, son bir həftə ərzində dünyada yeni yoluxmaların sayında bir qədər artım olub - 2 688 561. Ölənlərin sayı isə əvvəlki həftəyə nisbətən 7% azalıb və 53 958-ə çatdı. Bu, 2020-ci ilin oktyabr ayının əvvəllərindən bəri ən aşağı həftəlik ölüm nisbətidir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top