Tanınmış müğənnimiz öldü, mirasının kimə qaldığı açıqlandı FOTO

ŞOU-BİZNES 07 iyl 2021, 22:34
Mərhum Əməkdar artist Zöhrə Abdullayevanın mirası açıqlanıb.

Lent.az-ın məlumatına görə, mərhum müğənninin mirası qardaşına qalıb. Bu barədə ifaçının həmkarı Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə bildirib:

"Zöhrə Abdullayeva ilə 5 il bir teatrda çalışmışıq. Həmin 5 ildə gül qədər ondan incimədim. Zöhrə xanım bir ana kimi necə ana idisə onu bütün xalq gördü. Heyif ondan.
Bir bacı kimi də onun əvəzi olmayacaq. Sağlığında evini, maşınını, bağını, bankda olan pulunu sosial durumu yaxşı olmadığı üçün qardaşının adına keçirib. Bunu edib ki, qardaşı ondan sonra əziyyət çəkməsin. Dünyada belə bacılar var imiş. Bacım, Allah o biri dünyanı rahat eləsin. Allah yerdə qalanlarına dəyməsin".

Qeyd edək ki, bu gün Z.Abdullayevanın ölümündən 40 gün ötür. 


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top