Əbu-Dabi-Bakı marşrutu ilə uçuşlar bərpa edilir

TURİZM 07 iyl 2021, 20:59
Macarıstanın "Wizz Air" büdcə aviaşirkəti Bakıya uçuşları bərpa edir.

Demokrat.az şirkətə istinadən xəbər verir ki, avqustun 14-dən etibarən Əbu-Dabi-Bakı marşrutu ilə həftədə iki dəfə uçuşlar həyata keçiriləcək. Reyslər çərşənbə axşamı və şənbə günləri baş tutacaq.

Uçuş Əbu-Dabidən 18:05-də çıxacaq, 21:15-də Bakıya çatacaq. Əks istiqamətdə 21:55-də Bakıdan çıxan təyyarə 00:55-də Əbu-Dabiyə çatacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top