“Soros şəbəkəsi”nin komponentləri Bakıda fərqli adlarla yenidən dirçəldilir: GIPA-nın reklamını aparanlar onun mahiyyətindən xəbərdardır?

SİYASƏT 06 iyl 2021, 20:20
“Soros” Fondu rəsmi təqdimatda donor institutu kimi təqdim edilsə də, media sahəsində kompleks proqramlara malik olan şəbəkə koordinatorudur. Bu şəbəkənin fəaliyyətinə media üzrə təhsilin təşkilindən başlamış ayrı-ayrı KİV-lərin, jurnalist təşkilatlarının maliyyələşdirilməsinə qədər müxtəlif istiqamətlər daxildir. Azərbaycanda qeydiyyatda olduğu dövrdə burada da eyni fəaliyyətlə məşğul olub: jurnalist təhsili, təlimindən başlamış, çoxsaylı KİV-lərin, jurnalist təşkilatlarının maliyyələşdirilməsinə, onların şəbəkələşdirilməsinə qədər fərqli proqramlar icra edib. Maraqlı olan məqam sonucda həmin media şəbəkəsindən hansı məqsədlər üçün istifadə edilməsidir. Qısa deyə bilərik ki, Azərbaycan ətrafında uzun müddət formalaşdırılan qeyri-məqbul imicin müəllifi məhz “Soros”un media sahəsində yaratdığı şəbəkə olub.

“Soros Fondu” ətrafında media şəbəkəsinin yaradılması və idarə edilməsi mexanizmləri təqribən belə qurulmuşdu. İlk mərhələdə kiçik, təqribən 1000 /3000 dollar məbləğində olan qrant proqramları ilə ölkədəki bütün narazı jurnalistlər, jurnalist təşkilatları maliyyələşdirilirdilər. İkinci mərhələdə isə maliyyələşdirilmiş narazı jurnalistlər, jurnalist təşkilatları və KİV-lər arasından “prinsipialları”, yəni radikal olanları seçilib müəyyənləşdirilirdi. Onlar jurnalistika sahəsində “peşəkar təhsil almaq üçün”, əslində isə təlimatlandırılmaq və daha da radikallaşdırılmaq üçün 1 illik xüsusi kurslara göndərilirdilər. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində hər il bu məqsədlə standart olaraq 4 nəfər (2011-ci ildən sonra 6 nəfər, sonra 5 nəfər) jurnalist Gürcüstan İctimai Əlaqələr İnstitutuna (GİPA) “kursa” göndərilirdi. Çaşqınlıq yaranmasın deyə bildirək ki, GİPA bəzən onun proqramı olan Qafqaz Jurnalistika və Media Menecmenti Məktəbi (ABŞ-da mövcud olan Universitetin filialıdır) kimi də təqdim edilir. Məktəbin və burada təhsil alan tələbələrin xərclərinin əsasən ABŞ səfirliyi tərəfindən ödənildiyi elan edilir. Həmçinin, həmin şəxslər üçün “qəbul imtahanı” da ölkələr üzrə ABŞ səfirliklərinin formalaşdırdığı komissiyalar tərəfindən aparılır. Amma bu, zahiri təqdimatdır. Tələbələrin “seçilib müəyyənləşməsində” “Soros Fondu”nun təqdimatı vacibdir. Həmçinin, təhsil dövründə həmin tələbələr üçün “Soros Fondu”nun ayrıca qayğısı var. Bu qism tələbələr üçün ayrılan aylıq vəsaitin həcmi bəzən 330 dollara qədər yüksəlib.

Tələbələrin təhsillərini başa vurub geri dönüşlərindən sonra isə üçüncü mərhələ başlayırdı. Bu şəxslər üçün yeni jurnalist təşkilatları, KİV qurumları yaradılır, təmsil olunduqları təşkilatlar isə möhkəmləndirilirdi. Bu məqsədlə “keçmiş tələbələrin” yaratdıları təşkilat və KİV-lər üçün orta və iri qrantlarla (10 min dollar və daha yuxarı məbləğ) təmin edilirdi. Orta və iri qrantlarla təmin edilmiş, öz aralarında şəbəkələşdirilmiş təşkilat və KİV-lər lazımi anda lazımi bəyanatları səsləndirilmək üçün istiqamətləndirilirdilər. Həmin şəbəkə üzvləri anti-Azərbaycan və qanundankənar fəaliyyətlərinə görə təzyiqlə üzləşsələr, xəsarət alsalar, peşə fəaliyyətlərində fasilə yaranardısa, bu mərhələdə də xüsusi yardımla təmin edilirdilər. Bu mərhələdə yardım “Soros Fondu”nun maliyyəsi ilə qurulmuş “Söz Azadlığını Müdafiə Fondu” tərəfindən həyata keçirilirdi.

Formalaşdırlan şəbəkə Azərbaycan içində aktiv fəaliyyətdə olmaqla yanaşı, beynəlxalq strukturlara da inteqrasiya edilirdilər. Azərbaycana qarşı ən təsirli həmlələrdən biri 2009-cu ildən etibarən formalaşdırılmış Azərbaycan Üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu tərəfindən həyata keçirilmişdi. Azərbaycan Üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu “Soros Fondu”nun Azərbaycan içində formalaşdırdığı şəbəkə ilə xaricdə formalaşdırılmış antiAzərbaycan şəbəkənin ilk koordinasiya edilən proqramı idi və ciddi nəticələr verdi. Azərbaycanda 2012-ci ildə baş tutan Avroviziya mahnı müsabiqəsi ətrafında aparılan bütün əks kampaniyalar məhz bu koordinasiyalı şəbəkə - Azərbaycan Üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu tərəfindən idarə edilmişdi.

Məsələ ondadır ki, yaşadığımız günlərdə “Soros şəbəkəsi”nin komponentləri Bakıda fərqli adlar altında yenidən təşviq edilirlər. “Turan” İnformasiya Agentliyi Gürcüstan İctimai Əlaqələr İnstitutunun (GİPA) jurnalistika üzrə magistr pilləsinə elanın reklamını aparır. Qeyd edilir ki, GIPA-da oxuyarkən tələbələr kompüter, audio və video avadanlıqlar, internet kitabxana və digər proqramları öyrənəcəklər, veb səhifələr, multimediya proqramlar hazırlayacaqlar, GIPA FM radiosu üçün reportajlara gedəcəklər. Təhsil xərcləri də ABŞ tərəfindən ödəniləcək və sair.

Biz bu institutunun uzun müddət Azərbaycan üçün hansı missiyanı yerinə yetirdiyi barədə yuxarıda bilgi verdik. “Turan” İA onun hansı işlərlə məşğul olduğunu unudubmu?

Elanda GİPA-dan keçmiş məzunların işlədikləri bəzi obyektlər barədə qısa bilgi verilir. Amma rəsmi elanda göstərilən obyektlər mövcud obyektlərin 20 faizi qədərindədir. Bu məzunlar sırasından hazırda neçəsinin “siyasi məhbus”, neçəsinin “siyasi mühacir” olması, neçəsinin “xarici media qurumlarında” çalışıb antiAzərbaycan kampaniyalar aparması barədə bilgi verilmir. Təbii ki, verməzlər də, bunu gözləmək sadəlöhvlük olardı. Amma maraq doğuran başqa bir məqam var: görəsən indi GİPA dəyişibmi, yoxsa “Turan” İA onun hansı işlərlə məşğul olduğunu unudubmu? “Turan” İA GİPA-nın fəaliyyətinin nəticələri barədə məlumatsızdırmı?
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top