XİN başçıları Azərbaycan-Türkmənistan-Türkiyə görüşünü müzakirə ediblər

XARİCİ SİYASƏT 04 iyl 2021, 17:51
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistan xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyi üzrə, o cümlədən ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Cari il keçirilməsi nəzərdə tutulan Azərbaycan, Türkmənistan, Türkiyə yüksək səviyyəli görüşünün əhəmiyyəti vurğulanıb.

Telefon danışığı zamanı habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top