Qobu emalatxanasında son bir ilin ən böyük xalçası kəsildi — FOTOLAR

MƏDƏNİYYƏT 02 iyl 2021, 13:18
Bu gün “Azərxalça”- nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib. Xalçanı beş ay müddətində 4 toxucu xanım toxuyub.  

Bu barədə Demokrat.az-a "Azərxalça" ASC-dən məlumat verilib.

Quba məktəbinə aid "Pirəbədil" çeşnisi ilə toxunan xalça 24 kv. metrdir. 

Bu,  fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır. 

Xatırladaq ki, böyük kvadratlı (24-25kv.metr) xalçaları toxumaq üçün “Azərxalça”nın hər bir  emalatxanasında 2 böyük ölçülü xalça dəzgahı mövcuddur.

No description available.
No description available.

Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top