Müşfiq Ələsgərli: Ən əsası, bu, sonuncu müsabiqə deyil, davamı olacaq

DAXİLİ SİYASƏT 02 iyl 2021, 00:32
Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqladığı nəticələrə əsasən, təqribən 39 onlayn media resursu, 18 çap media qurumu- qəzet  (ümumilikdə 57 media qurumu)   maliyyə yardımı müsabiqəsinin qalibi olub.

Bundan öncəki, sonuncu müsabiqənin nəticələri ilə müqayisə etsək görərik ki, qaliblərin sayı təqribən 3 dəfə artıb. Kəmiyyət artımı bu müsabiqənin bir yeniliyidir və təkcə quru statistikadan ibarət deyil. Çoxlu sayda yeni adlar görürük, hansılar ki, heç vaxt müsabiqə qalibi olmayıblar. Növbəti yenilik onlayn media qurumlarına müsabiqədə iştirak etmək və qalib gəlmək şansı verilməsidir. Onlayn media qurumlarının bu tip müsabiqələrdə iştirakı ilk təcrübədir. Növbəti yenilik müsabiqəyə qatılmaq istəyənlər üçün müəyyənləşdirilən şərtlərdən ibarətdir. Bu şərtlər məzmun istehsalı, işçi heyət, rekvizitlərlə bağlıdır. 

Müsabiqə çərçivəsində ortaya çıxan yeniliklərin sayını artıra bilərik. Ümumi tendensiya budur ki, onlardan hər biri təqdirəlayiqdir, yeniləşməni, peşəkarlaşmanı stimullaşdırır. Ən əsası, bu, sonuncu  müsabiqə deyil, davamı olacaq.  Yeni tendensiyaya uyğunlaşanlar növbəti müsabiqələrdə iştirak edib qalib ola bilərlər.

Müşfiq Ələsgərli
JuHİ sədri, media eksperti

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top