Azərbaycanda qadın kafedə bıçaqlandı

KRİMİNAL 30 iyn 2021, 21:55
Goranboyda kafedə qadın bıçaqlanıb.

Demokrat.az xəbər verir ki, hadisə axşam saatlarında Aşağı Ağcakənd qəsəbəsindəki kafelərin birində baş verib.

Gəncə şəhər sakini olduğu ehtimal edilən qadın hələlik bəlli olmayan səbəbdən bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb./APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top