“Məqsədimiz Qarabağda sülh və sabitliyin dayanıqlı olmasıdır” — Çavuşoğlu

SİYASƏT 30 iyn 2021, 23:13
“Rusiyalı həmkarım Sergey Lavrovla ikitərəfli münasibətlərimiz barəsində ətraflı fikir mübadiləsi apardıq. İkitərəfli münasibətlərimizdə elə bir ciddi problem yoxdur”.

Demokrat.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı S. Lavrovla birgə mətbuat konfransında deyib.

Türkiyə XİN başçısı ikitərəfli ticarət dövriyyəsinin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Pandemiya ilə mübarizədə Rusiya ilə əməkdaşlıq etdiklərini bildirən M. Çavuşoğlunun sözlərinə görə, “Sputnik V” peyvəndinin birgə istehsalı ilə bağlı iki ölkənin aidiyyəti qurumları tərəfindən müzakirələr aparılır.

O, Rusiya XİN başçısı ilə regional məsələləri - Suriya, Liviya, Əfqanıstan və Qarabağı müzakirə etdiyini də qeyd edib: “Məqsədimiz bu bölgələrdə sülh və sabitliyin dayanıqlı olmasıdır”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top