Ukraynanın sabiq prezidenti ürəyindən əməliyyat olundu

DÜNYA 29 iyn 2021, 22:09
Ukraynanın ilk prezidenti Leonid Kravçuk ürək əməliyyatı keçirib.
 
Bu barədə çərşənbə axşamı Ukraynanın “Strana” nəşri teleqram kanalında məlumat yayıb.
 
Nəşr qeyd edib ki, Kravçuk Ali Radanın Ukraynanın Konstitusiya Günü münasibətilə dünən keçirilmiş təntənəli iclasında ürəyindən əməliyyat olunduğuna görə iştirak edə bilməyib.
 
“Strana” yazır ki, əməliyyat Kiyevdə baş tutub. İndi Ukraynanın keçmiş lideri özünü yaxşı hiss edir və bərpa prosesindədir. Həkimlərin dediyinə görə, əməliyyat uğurlu olub.
 
Qeyd edək ki, 87 yaşlı Kravçuk 1991-1994-cü illərdə Ukraynanın prezidenti olub.
PAYLAŞ:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top