Fəzail Ağamalı Ramil Həsəni müdafiə etdi: "Sadəcə, mübahisə edib, kim etmir ki?!"

GÜNDƏM 29 iyn 2021, 11:19
“Deputat Ramil Həsənin adının hallandığı qalmaqal sadəcə anlaşılmazlıq müstəvisində yaranmış vəziyyətdir”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı həmkarı Ramil Həsənin vəkillə mübahisəsindən danışarkən deyib. Onun fikrincə, bu qalmaqal daha çox emosional durumdan qaynaqlanan vəziyyətdir və İntizam Komissiyasına çıxarılmasına gərək yoxdur:

“Ortada ictimai təhlükəsizliyin pozulması, başqa insanların həyatına təhlükə yaradılması və s. pozuntular yoxdur. Sadəcə, mübahisə edib. Mübahisəni kim etmir ki?! Elə biz özümüz də bəzən adi həyatda sözümüzü anlamayan şəxslərlə mübahisə edə bilirik.

Ramil Həsən savadlı deputatlarımızdandır. Vaxtilə TÜRKPA-da ciddi vəzifə daşıyıb, Parlament Assambleyasının formalaşmasında ciddi töhfələri var. Dövlətçiliyə sadiqdir. Bir qədər qeyri-adiliyi var və ona problemlər yaradır. Gərək, situasiyanı nəzərə alıb, davranışlarını tənzimləsin. Sıradan insan deyil, millət vəkilidir. Çox arzulayardım ki, bu, Ramil Həsənin adının hallandığı son belə hadisə olsun.

Düşünürəm ki, İntizam Komissiyasında heç bir tədbir görməyə ehtiyac yoxdur”.

Xatırladaq ki,  “Four Seasons” otelində deputat Ramil Həsənovla Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında ciddi mübahisə olması ilə bağlı görüntülər yayımlanıb. Həmin məkanda M.Mustafayev Moldova əsilli britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində iştirak edib.

Almari Vael Süleymanın keçmiş həyat yoldaşının hazırda deputat Ramil Həsənovla evli olduğu bildirilir. Yayılan məlumata görə, britaniyalı biznesmenin həmin evlilikdən olan qızı indi Bakıda, deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib.(modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top