Vətən müharibəsi iştirakçısı intihar etdi — FOTO

HADİSƏ 28 iyn 2021, 14:25
Şirvanda 33 yaşlı kişi intihar edib.

"Qafqazinfo"nun məlumatına görə, Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb.

Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.

Vətən müharibəsi iştirakçısı intihar etdi

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top