Azərbaycanlı gənc Moskvada çayda boğuldu

HADİSƏ 27 iyn 2021, 21:29
Şəki rayon sakini Rusiyada suda boğulub.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Moskva şəhərində qeydə alınıb.

Şəki rayonu Qoxmuq kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Natiq oğlu Abdullazadə bir neçə gün əvvəl Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri ərazisində çayda çimərkən boğularaq ölüb.

V. Abdullazadənin yaxınlarının verdiyi məlumata görə, hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top