Həftənin ilk gününə hava proqnozu

SOSİAL 27 iyn 2021, 15:37
İyunun 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, iyunun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli keçəcək, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26, gündüz 36-39, bəzi yerlərdə 40 dərəcə olacaq.

Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 50-60, gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti;

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

İyunun 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 37-42 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top