Nigerdə kəndlərə hücumlar zamanı 19 nəfər həlak oldu

DÜNYA 26 iyn 2021, 23:01
Nigerin qərbində silahlı şəxslərin bir neçə kəndə hücumu zamanı onlarla şəxs həlak olub, daha 2 nəfər yaralanıb.

Bu barədə "Report" "ActuNiger" yerli portalına istinadən xəbər verir.

Qeyd edilir ki, hücumlar Mali ilə sərhəd yaxınlığındakı Tillaberi regionunda olub. Motosikletlərdə gələn silahlılar azı üç kəndə hücüm edərək, 19 nəfəri öldürüblər. Quldurlar həmçinin mağazaları qarət ediblər və yerli sakinlərin əmlaklarını aparıblar.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top