Beynəlxalq mütəşəkkil dəstənin üzvləri olan 12 erməni və gürcü saxlanıldı

DÜNYA 26 iyn 2021, 22:35
Elzas adlı beynəlxalq mütəşəkkil dəstəyə daxil olan Gürcüstan və Ermənistan əsilli 12 nəfər Fransanın şərqində, Strasburqda tutulublar.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransa Mərkəzi İctimai Təhlükəsizlik İdarəsindən bildirilib.

Məlumata görə, onların tutulması üçün təhlükəsizlik idarəsi 2 il araşdırma aparıb: “Elzas beynəlxalq mütəşəkkil cinayətkar dəstəyə daxil olan Gürcüstan və Ermənistan əsilli 12 nəfər oğurluğun bütün növləri üzrə ixtisaslaşıblar”.

Bildirilib ki, 2019-cu ildə Aşağı Reyn polis departamenti gürcü qarətçilərdən ibarət iki qrupun üzvlərini saxlayıblar. Onlar başqa qruplarla birlikdə 200-dən artıq oğurluq ediblər. Onların başçısı “qanuni oğru” Strasburqdan Elzas cinayətkar strukturu idarə edirmiş.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top