Gürcüstanda daha 18 nəfər koronavirusdan vəfat etdi

REGİON 26 iyn 2021, 20:51
Gürcüstanda ötən sutkada daha 754 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 18 pasiyent ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 362 937 nəfər yoluxub, onların 5 255-i vəfat edib.

Son 24 saat ərzində xəstəlikdən 438, ümumilikdə isə 348 705 nəfər müalicə olunaraq sağalıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top