Abşeronda avtomobil qadını vuraraq öldürdü


HADİSƏ 26 iyn 2021, 18:54
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 25-də saat 23 radələrində rayonun Atyalı qəsəbəsi ərazisində Şamaxı rayon sakini Q.Nəbiyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Ziyafət Həsənovanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top