PSJ Mbappenin qardaşı ilə müqavilə bağladı

İDMAN 25 iyn 2021, 22:28
Fransa PSJ-sinin futbolçusu Kilian Mbappenin qardaşı İtan Mbappe Paris təmsilçisi ilə peşəkar müqavilə imzalayıb.
 
3 illik sözləşməyə qol çəkən 14 yaşlı futbolçu gənclər komandasında çıxış edəcək.
 
PSJ onunla yanaşı, digər gənc oyunçu Senni Mayulunu əvəzedici komandaya cəlb edib.
 
Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən paytaxt klubunun formasını geyinir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top