Ceyhun Əlibəyov sədr müavini təyin edildi — SƏRƏNCAM

SƏNAYE VƏ ENERGETİKA 25 iyn 2021, 17:36
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Ceyhun Əlibəyov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib. 

Bu barədə Demokrat.az-a ASC-dən məlumat verilib.

Ceyhun Əlibəyov Azərbaycan Dövlət Rəssamlıq Məktəbində  rəsmxətt və rəsm müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə  qrafik rəssam ixtisası üzrə təhsil alıb.
 
Qeyd edək ki, Ceyhun Əlibəyov bundan əvvəl həm yerli, həm də beynəlxalq korporasiyalarda 15 il müddətində rəhbər vəzifələrdə çalışıb.  “GlaxoSmithKline” (GSK) şirkətində  müxtəlif vaxtlarda  Azəbaycan və Gürcüstan nümayəndəliklərinin  rəhbəri və MDB regionunda biznesin inkişafı üzrə koordinator kimi fəaliyyət göstərib.

Ceyhun Əlibəyovun biznesin inkişafı üzrə strategiyanın yaradılması, layihələrin aparılması və həyata keçirilməsi, maliyyənin idarə edilməsi, satış və marketinq kimi sahələr üzrə böyük təcrübəsi var.
Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top