Xətaidə sakinlər etiraz etdi: “Tikinti dayandırıldı” — RƏSMİ AÇIQLAMA

HADİSƏ 25 iyn 2021, 13:52
Gəncə prospekti 103 ünvanında yaşayan sakinlər həyətdə tikilən tikintiyə etiraz ediblər.

Hündürmərtəbəli binanın tikintisindən narahat olan sakinlərin etiraz aksiyası axşam saatlarına qədər davam edib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev də sakinlərlə görüşmək üçün hadisə yerinə gəlib.

Sakinlər İcra Başçısı ilə söhbətdən sonra, əraini tərk ediblər. Rafiq Quluyev sakinlərə tikintinin dayandırılacağını bildirib.

Bu barədə Cebhe.info-ya danışan Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, sözügedən ərazidə tikinti işləri dayandırılıb və faktla bağlı araşdırma aparılır:

“Sakinlər istəmirlər ki, sözügedən ərazidə nəsə tikilsin. Biz sakinləri qəbul etmişik. Hazırda sakinlər tikintiyə etiraz edir deyə tikinti hələlik dayandırılıb. Orada tikinti işləri qanunuyğun şəkildə aparılır. Binanın tikintisi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunub. Məhz binanın tikintisinə də icazənin verilib-verilməməsinə komitə baxır. Burada bizə aidiyyəti olan bir şey yoxdur. Sadəcə olaraq, ərazi bizə aid olduğuna görə sakinlərin müraciətinə baxırıq”.

Qeyd edək ki, ərazidə tikintini aparan "Sultan E" MMC-dir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top