Əvvəlki sağlam, firavan həyatımıza qayıtmağımız üçün peyvənd olunmağımız vacibdir

SOSİAL 22 iyn 2021, 18:50
Pandemiyanın ilk günlərindən Azərbaycanda COVİD-19-la mübarizə başlanmışdı. Bütün dünyada olduğu kimi Respublikamızda da bu virusa xeyli sayda insan tutuldu. Təəssüf ki, ölənlərin sayı da az olmadı. İnsanların immun sisteminə görə  yüngül və çox ağır keçirənlər oldu. 

Azərbaycanda COVİD-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi  və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı xeyli praktiki tədbirlər həyata keçirildi.

Xalqımız pandemiya ilə mübarizədə dövlətlə bir oldu. Tapşırıq və göstərişlərə əməl edərək 65 yaşdan yuxarı, risk qrupuna aid olan vətəndaşlar evdən çıxmadı, digər insanlar isə yalnız vacib olduğu halda evdən çıxdılar. Hər kəs pandemiya başladığı  gündən qaydalara  riayyət edərək  maskadan və spirtdən istifadə etdi. Sosial məsafə saxlanıldı. Şəxsi gigiyenaya hər kəs tərəfindən diqqət yetirildi.
Yollar, içtimai nəqliyyat, məktəblər, idarə və müəssisələr mütəmadi olaraq dezinfeksiya edildi. Məktəblər bağlandı. Bu da uşaqlarımızın təhsilinə mənfi təsir göstərməyə başladı. Şagirdlər təhsildən , müəllim  və şagirdlərlə ünsiyyətdən təcrid olundular. Bu isə onların psixoloğiyasına da təsir göstərməyə başladı. İnsanlar öz doğmalari, yaxınları ilə əlaqəni kəsdilər. Hüzür yerlərinə belə gedə bilmədilər. Gənclərimiz toylarını təxirə saldılar.  Dünyaya gələn körpələrin sayı minimum endi.
Dövlətimiz ilk günlərdən xalqın qeydinə qalmağa başladı. Respublikada tezliklə modul tipli xəstəxanalar, laboratoriyalar istifadəyə verildi. Vaxtında  xəstəliyin qarşısını almaq üçün insanlardan virusa qarşı test götürüldü. Testi müsbət çıxan insanlar tezliklə xəstəxanalara yerləşdirildi.

Bir çox gənclərimiz buna əhəmiyyət vermədi.Virusa yoluxdu və yüngül keçirdi. Lakin bunu bilmək lazımdır ki, gənclər xəstəliyi simtomsuz və yüngül keçirsələr də, ətrafında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Onların ola bilsin ki, immun sistemi möhkəm olduğundan ağırlaşmalar olmasın, lakin onların ünsiyyətdə olduğu ailəsi, yaşlı qohumları, iş yoldaşları, tələbə yoldaşları ondan bu virusa yoluxa və ağır keçirə bilər. Hətta ölümlə də nəticələnə bilər.

Hazırda Respublikamızda laboratoriyaların sayı 20-dən çoxdur və karonavirus xəstələrini müalicə etmək, sağaltmaq üçün 20-dən çox xəstəxana ayrılıb.
Azərbaycan dünyada nadir ölkələrdəndir ki, pandemiyaya yoluxan xəstələr tibb müəssisələrində müalicə götürürlər. 
Əksər ölkələrdə bu xəstəliyə tutulan insanları xəstəxanalar qəbul etmirlər. Virusa yoluxan insanlar  yalnız öz evlərində müalicə olunurlar.

Prezident İlham Əliyev 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda demişddi: “Bizim üçün prioritet məsələ  - mən bunu qeyd etmişəm, bird aha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların social müdafiəsidir”.
Həmin aydan vətəndaşların sosial müdafiəsi gücləndirildi. Bütün səhiyyə karonavirusla mübarizəyə səfərbər edildi.

Karonavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və cəmiyyətin buna göstərdiyi  dəstək onu sübut etdi ki, xalq birdir və Azərbaycanda Dövlət quruculuğu yüksək səviyyədədir.
Bu Fonda Prezidentin ehtiyat fondundan 20 min manat vəsait ayrıldı. Adi vətəndaşlar və sahibkarlar tərəfindən isə fonda 100 min manatdan çox vəsait köçürüldü.
Lakin görülən bütün bu tədbirlərə  baxmayaraq hələ də virusa yoluxanlar var və bu xəstəlikdən dünyasını dəyişənlər də az deyil. 
Odur ki, karonavirusa qalib gəlmək üçün vətəndaşlarımızın vaksinasiya olması vacib məsələdir və hər kəs dövlət hesabına bu vaksinlərdən istifadə edərək öz sağlamlığını sığortalamalıdır.
Bu günə kimi tam şəkildə başa düşmək olur ki, ölkədə vaksin vurulması artdıqca yoluxmaların da sayı kəskin sürətdə azalır. Dövlətimiz bizim üçün hər bir şərait yaradır, bir az da gərək biz özümüzü qorumaq üçün dövlətin dəstəyindən istifadə edək.

Heç kim unutmamalıdır ki, Dövlətin məqsədi vətəndaşların sağlamlığını təmin etməkdir. Vaksinasiya prosesinin daha da aktiv şəkildə aparılması üçün hər bir vətəndaş bu prosesdə iştirak etməlidir.
Peyvənd  Dövlət tərəfindən təmənnasiz bir şəkildə vətəndaşlara vurulur. Bu da Dövlətin karonavirusla mübarizəsinin nə qədər güclü olduğunu xəbər verir.

Gərək hər birimiz virus əleyhinə vaksinlərdən istifadə edək. Əks halda gündəlik yoluxma sayı kəskin sürətdə artar.

1910-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirdi. Vaksinin olmaması səbəbindən 1346-1352-ci illərdə Avropa əhalisinin 25-30%- i vəba xəstəliyindən ölüb. 1916-1920-ci illərdə İsraniya qripi 2 milyard dünya əhalisinin 30%-nə yoluxmuş və 20 il ərzində 50 milyon insanın ölümünə səbəb olmuşdu.
1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2.6 milyon adam ölürdü. ÜST-nin məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb.

Odur ki, ölümlərin qarşısını almaq və yenidən əvvəlki sağlam, firavan  həyatımıza qayıtmağımız üçün peyvənd olunmağımız vacibdir.

Şəhla Ağbulud
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top