Deputata aid olduğu bildirilən şirkət barəsində daha bir məhkəmə iddiası qaldırıldı — TƏFƏRRÜAT

GÜNDƏM 22 iyn 2021, 16:33
78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov tərəfindən təsis olunan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi və “Azərsu” ASC-yə qarşı məhkəmə iddiası qaldırılıb.

Demokrat.az xəbər verir ki, məhkəmə iclası bu günə - 22.06.2021-ci il tarixinə təyin olunub. İclasa Bakı Apellyasiya Məhkəməsinin hakim Elşən Kazımov sədrlik edəcək.

Məhkəmə iddiasını Şərifov Bəfadar Hacıbaba oğlu qaldırıb. Bəfadar Şərifov “Kaspi Yıldız” müəssisəsindən və “Azərsu”dan maddi ziyanın ödənilməsini tələb edir.

Qeyd edək ki, tərəflər arasında məhkəmə çəkişməsi bir-neçə idir davam edir. İşə 2019-cu ildə Şirvan Apellyasiya Məhkəməsində də baxılıb.
Məlumat üçün bildirək ki, “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 16.10.1996-cı il tarixində dövlət qeydiyyatına alınıb. 

Nizamnamı kapitalı 45 000 dollar olan MMC-nin qanuni təmsilçisi Məmmədov Ramiz Fərman oğludur. 2019-cu ildə mətbuata verdiyi açıqlmada İqbal Məmmədov bildirib ki, o, 2010-cu ildə deputat seçildikdən sonra müəssisəyə rəhbərliyi qardaşına həvalə edib. Bir müddət “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə rəhbərlik edən İqbal Məmmədovun qardaşı Asif Məmmədov isə 2006-2013-cü illərdə Balakən və Şamaxı rayonlarının İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 

Hazırda dövlət büdcəsinə böyük həcmdə - 9 milyon 520 min 680 manat 59 qəpik vergi borcu olan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsini təsis edən millət vəkili İqbal Məmmədov 1982-88-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda SOCAR prezidenti Rövnəq Abdullayevin və “Azərsu” ASC-nin keçmiş sədri Qorxmaz Hüseynovla birgə təhsil alıb.

Onu da qeyd edək ki, son zamanlar İqbal Məmmədov və onun ailə üzvlərinin rəhbərlik etdiyi şirkətlərə  qarşı bir neçə məhkəmə iddiası qaldırılıb. Bir neçə ay əvvəl “Kapital Bank” borc müqaviləsi üzrə mübahisələrlə əlaqədar olaraq millət vəkili  İqbal Məmmədova qarşı məhkəmə iddiası qaldırıb.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi “Relax” İstirahət Mərkəzinə qarşı məhkəmə iddiası qaldırıb. “Relax” istirahət mərkəzinə isə İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı rəhbərlik edir.

Bunlardan başqa “Azel Group” MMC “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi ilə eyni ünvanda – Nizami rayon, Özbəkistan ev 24-də dövlət qeydiyyatına alınan “Kaspi-Yıldız” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top