Türkiyəli nazir: "Azərbaycanda PUA zavodunun açılması üçün iş gedir"


GÜNDƏM 21 iyn 2021, 12:50
Türkiyə Azərbaycanla birgə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı daxil olmaqla müdafiə sənayesi sahəsində yeni əməkdaşlıq planları hədəfləyir.

Demokrat.az “Hürriyyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə sənayesi naziri İsmail Dəmir Antalya Diplomatiya Forumunda (ADF) məlumat verib.

O bildirib ki, sözügedən məsələ ilə bağlı zavodun açılması üçün iş gedir: “Azərbaycan haqqında “bir millət, iki dövlət” deyirik. Biz belə düşünürük ki, bir-birimizdə olan imkanları təkrarlamaq əvəzinə qoyduğumuz hər cür sərmayədə əskiklərimizi tamamlamalıyıq”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliveyin birgə imzaladığı Şuşa Bəyannaməsində yer alan maddələrdən biri də iki ölkə arasında müdafiə sənayesi və hərbi əməkdaşlıq olub. Həmçinin Türkiyə prezidenti öz nitqində bir sıra texnologiya və məhsulların Azərbaycanla ortaq istehsalı üçün fabrik qurulacağını açıqlayıb.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top