Tovuzda Kür sahilində təcavüzə məruz qalan qadın: “Dedi ki, Nərmini öldürərək Kürə atdığı kimi məni də öldürüb...”

KRİMİNAL 21 iyn 2021, 10:17
Tovuz rayonunda 1982-ci il təvəllüdlü Ceyhun Nuriyev həmyerlisi, 1993-cü il təvəllüdlü Səbinəyə (ad şərti verilib – red.) təcavüz edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ceyhun 2019-cu ilin avqust ayının əvvəllərindən “VAZ 2106” markalı avtomaşınla ayrı-ayrı vaxtlarda bir neçə dəfə taksi xidməti göstərdiyi həmkəndlisi Səbinə ilə cinsi əlaqədə olmaq qərarına gəlib.

O, 19 dekabr 2019-cu ildə, saat 14.40-da Səbinəni Tovuzun Qovlar kəndindən evlərinə apararkən istəyinə çatmaq üçün münasib şəraitin yarandığını görüb. O, Səbinəni avtomobilinə mindirib, evinə aparmaq əvəzinə Ceyrançöl qış otlaq sahəsinə aparıb.

Ona guya anasının Kür çayının kənarında tanışı ilə yeyib içdiyini, sərxoş olduğuna görə vəziyyətinin yaxşı olmadığını bildirib. Bu sözləri eşidən Səbinə həmin yerə getməyə razılaşıb.

Ceyhun avtomaşınla Səbinəni Ceyrançölün Tovuz rayonu ərazisində yerləşən hissəsinə, çöllük əraziyə aparıb. Həmin ərazidə avtomaşını saxladıqdan sonra arxa oturacağa keçib və Səbinənin qolundan tutub, onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Səbinə təklifi rədd edib, onu yumruqla vuraraq müqavimət göstərib, səs-küy salıb.

Bunu görən Ceyhun zor tətbiq etməklə və öldürmə hədəsi ilə Səbinəni zorlamaq qərarına gəlib. O, avtomobilin salonundan götürdüyü rezin şarı Səbunənin boğaz nahiyəsinə keçirib və əli ilə vurmaqla ona fiziki zor tətbiq edib.

Daha sonra avtomobilin saxlanc yerindən götürdüyü bıçağı nümayiş etdirib və Səbinəni öldürməklə hədələyib. Ceyhun əvvəlcə özü soyunub, daha sonra avtomobilin arxa oturacağında olan Səbinəyə fiziki zor tətbiq ilə soyundurub, onunla zorla cinsi əlaqədə olub.

“Onu “Nüşü” kimi tanımışam”

İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddəsi ilə ittiham elan edilib.

Ceyhunun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nural Əliyevin sədrliyi ilə araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Tovuz rayonu Dondar Quşçu kənd sakini Səbinəni əvvəllər bir həmkəndli kimi tanıyıb: “Səbinəni kənddə “Nüşü” adı ilə çağırdıqları üçün həmişə onu “Nüşü” kimi tanımışam. Onun həyat yoldaşından boşandığını və 3 övladının olduğunu bilmişəm. Taksi kimi fəaliyyət göstərdiyim üçün bir neçə dəfə lazım olanda Səbinə və anasını maşınında bir neçə yerə aparmışam. 15 dekabr 2019-cu ildə saat, 21 radələrində “Dondar Piryezi” deyilən ərazidə “Fidan” şadlıq evinin qarşısında dayanaraq müştəri gözləyərdim. Səbinənin anası maşınıma yaxınlaşdı, öz çantasını toydan çıxanda götürməsi üçün maşınıma qoydu. Çanta da həmin günü maşınımda qaldı”.

“Mənə “hamamdayam” dedi”

Ceyhunun sözlərinə görə, dekabrın 16-da, saat 09 radələrində axşamdan Səbinənin anasının çantası maşınında qaldığı üçün onu verməyə gedib: “Darvaza açıq olduğu üçün həyətə keçdim. Səbinənin anasını səslədim. Səbinə evin qapısının içəri tərəfindən “anam evdə yoxdur, nolub?” deyə bildirdi. Ona anasının çantasının maşınımda qaldığını, onu verməyə gəldiyimi söylədim. Səbinə də cavabında “anam evdə yoxdur, işdədir, çantanı qapının ağzına qoy özüm götürərəm” dedi. Sonra mənə “hamamdayam, yarım saatdan sonra gəlib məni götürərsən, Qovlara gedib uşağın müəlliməsi ilə işim var, onunla danışmağa gedəcəm” dedi. Mən də “yaxşı” dedim, kəndimizdə yas yeri olduğu üçün ora getdim. Təxminən 2-3 saatdan sonra Tovuz rayonunda yerləşən “Asan xidmət”in qarşısında müştəri gözləyən zaman dövlət qeydiyyat nişanını görmədiyim “Daevoo” markalı avtobus saxladı və avtobusdan sürücünün köməkçisi düşdü, taksilərdən “Böyük Kəsiyə” kimin gedə biləcəyini bildirdi. Mən də özüm gedə biləcəyimi dedim. Lakin həmin adamın kim olduğunu bilmədim. Həmin şəxs mənə balaca bir bağlama verib nömrəsini götürərək bağlamanı verəcəyim şəxsə zəng etdi. Həmin şəxslə telefonla danışdım və Ağstafa rayonunun ərazisində yerləşən “Yaşılgöl” restoranına bağlamanı gətirməyimi tapşırıldı. Bağlamanın üstündə verəcəyim şəxsin xatırlamadığım adı və nömrəsi olub. Bağlamanı götürdükdən sonra maşına benzin tökdüm. Öz telefonumu həmin günü səhər tezdən təmirə verdiyim üçün telefon ustası müvəqqəti olaraq mənə başqa bir telefon vermişdi. Avtomobilimə benzin tökdükdən sonra telefonum ilə maraqlanmaq üçün telefonu ustaya verdiyim yer olan “Dondar Piryezinə” getdim. Lakin telefonu hələ düzəlməmişdi”.

“Səbinə “yaxşı bir oğlan olsaydı yemək alardı yiyərdik” bildirdi”

Ceyhunun ifadəsinə görə, telefonuna tanımadığı nömrədən zəng gəldiyi üçün həmin nömrəyə zəng eləyib və ona zəng edənin Səbinə olduğunu bilib: “Səbinə mənə “Qovlarda məktəbin qabağındayam gəl məni evə düşür” dedi. Mən də onu götürməyə getdim. Məktəbin qabağında gözləyən zaman Səbinə tanımadığım bir qadınla məktəbdən çıxdi. Səbinə mənə mağazına getdiyini dedi. Mən də Səbinəyə “onda svetoforun yanına gedirəm, səni oradan götürərəm” dedim. Sonra svetoforun yanına getdim. Bir dəfə Səbinəyə zəng etsəm də, telefonu məşğul oldu. İkinci dəfə zəng edəndə telefona cavab verdi, “gözlə, gəlirəm” dedi. Təxminən 5-10 dəqiqədən sonra gəldi, evlərinə getmək üçün maşınıma oturdu. Yolda olanda Səbinəyə Ağstafada tələsik işimin olduğunu, bağlama verəcəyimi, tələsmədiyi halda bağlamanı verdikdən sonra onu aparıb evlərinə düşürməyi dedim. Səbinə də razılaşdı. Maşınımı Qovlar polis bölməsinin qarşısı ilə sürdüm, Bakı-Qazax magistralına çıxdıqdan sonra həmin yolla gedərək Tovuz şəhərinin içərisi ilə Qazax şəhəri istiqamətində hərəkət eləməyə başladım. Şəhər ərazisində Heydər Əliyev prospekti ilə gedən zaman “Target” marketin qarşısında işıqforun qırmızı işığında dayandım. Həmin vaxt Səbinə “yaxşı bir oğlan olsaydı yemək alardı yiyərdik” deyə mənə bildirdi. Mən də maşından düşdüm, 1 litrlik cola, 1 ədəd qril və 2 ədəd plastmas stəkan aldıqdan sonra aldıqlarımı arxa qapıdan şüşənin altına qoydum. Daha sonra maşına oturub sürməyə davam etdim”.

“Səbinə qucağımda oturaraq maşını sürməyə başladı”

Ceyhun bildirib ki, yolda olan zaman iki dəfə avtomobili saxlayıb və tanımadığı şəxslərdən yolunun qısa olması üçün “Yaşılgöl”ə gedən kəsə yolu soruşub, “Yaşılgöl” kafesinə çatdıqdan sonra bağlamanı verəcəyi şəxs onun qabağına çıxıb və bağlamanı həmin adama verib: “Qayıtdıqdan sonra Səbinə mənə həmin restoranda yemək yeyə biləcəyimizi bildirdi. Ancaq sonra birdən onu burada tanıyacaqlarını dedi. Mən də yenidən maşından düşdüm, restoranda adamların cox olub-olmamasını öyrənmək üçün hərləndim. Yenidən avtomobilə qayıtdım. Səbinəyə restoranda adamların az olduğunu bildirdim. Avtomobilə qayıdan zaman Səbinənin hansısa polis əməkdaşı ilə danışdığını gördüm. Bundan sonra Səbinə özünə maşın almaq istədiyi üçün bir neçə dəfə məndən onu maşın sürməyi öyrətməyimi istədi. Həmin gündə Səbinə məndən maşın sürməyi ona öyrətməyimi xahiş etdi. Buna görə də yolun yaxın olacağını zənn etdim, Ceyrançöl ərazisi ilə Tovuza getdim. Boş ərazi olan yerdə Səbinəyə maşın sürməyi öyrətmək üçün Tovuz istiqamətində hərəkət etməyə başladı. Ceyrançöl deyilən ərazi ilə gələn zaman yolda maşını saxladım, tanımadığım şəxsdən yolu soruşdum. Həmin şəxsin göstərdiyi yolla maşını sürməyə davam etdim. Poylu körpüsünə çatanda bizi polis əməkdaşları və hərbiçilər saxladı. Avtomobilə baxış keçirdilər. Poylu körpüsündə bütün maşınlar yoxlandığı üçün mənim də maşınımı yoxladıqdan sonra biz yolumuza davam etdik. Poylu körpüsündən bir az qabaqda dəmir yolunun altından keçidin olduğu yerdə yol patrul xidmətinin əməkdaşları yolu kəsdikləri üçün təxminən 15 dəqiqə gözlədik. Sonra yol açıldı və biz Kür çayı istiqamətində hərəkət etməyə başladıq. Yolun çətin hissələrini keçdikdən sonra avtomobilin oturacağını tam geriyə çəkdim. Səbinə qucağımda oturaraq maşını sürməyə başladı”.

“Səbinə polis əməkdaşlarına guya mən zorla apardığımı bildirdi”

Ceyhunun ifadəsinə görə, bu zaman Səbinənin belini əlləri ilə qucaqlayıb: “Səbinə avtomobili təxminən 20 dəqiqə asta idarə elədiyindən maşınının radiatoru qaynatdı. Biz maşını saxladaraq, maşından düşdük. Arxa oturacağa keçdik, qrildən 1-2 tikə yedik. Hava qaralana yaxın biz həmin ərazidən çıxdıq və Tovuz istiqamətində hərəkət etdik. Təxminən Əlimərdanlı kəndi ilə Girzan kəndinin arasında Səbinə dəfələrlə “gec oldu indi evdə anama nə deyəcəm” deyə təkrarlamağa başladı. Mən də acıqlı şəkildə Səbinəyə “səni zorla gətirməmişəm ki, sən özün mənimlə gəldin” dedim. Bundan sonra Səbinə özünü döyməyə başladı. Mən də Səbinənin arxada oturduğu üçün fikirləşdim ki, birdən maşının qapısını açıb özünü avtomobildən atar. Buna görə də Səbinəyə yalvarmağa başladım, fikrində nə olsa onunla razılaşacağımı bildirdim. Hadisədən qabaq Səbinənin anası mənə dəfələrlə qızı ilə ailə həyatı qurmağı bildirdiyinə görə fikirləşdim ki, bəlkə Səbinə buna görə belə edir. Aramızda mübahisə bir müddət davam etdi. Əlimərdanlı kəndinin ərazisini keçdikdən sonra polis maşını qarşı tərəfdən bizi ötüb keçdi. Sonra isə geriyə qayıdaraq məni saxlatdırdı. Maşını tamamilə saxlamağa az qalmış Səbinə maşından tullanmaq istədi. Həmin vaxtı əl atıb onun qolundan tutaraq saxladım, “qorxma nədən qorxursan, otur maşında, niyə düşürsən, mən özüm gedib-gəlirəm” dedi. Səbinə sözümə məhəl qoymadı, maşından düşdü. Sonra isə polis maşını gəlib maşınımın qabağında saxladı və bir neçə polis əməkdaşları mənə zor tətbiq edərək, yerə yıxdılar. Həmin vaxt Səbinə polis əməkdaşlarına guya mən zorla apardığımı bildirdi. Daha sonra isə məni polis şöbəsinə apardılar”.

“Məktəbə getdim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinə bildirib ki, Tovuz rayonu, Dondar Quşçu kəndində anası və 3 azyaşlı uşağı ilə birlikdə yaşayırlar: “2008-ci ildə Azad ilə rəsmi nikaha daxil olmuşam, 2017-ci ildə isə rəsmi olaraq ayrılmışıq. Dondar Quşçu kənd sakini Ceyhunu həmkəndli kimi taksi fəaliyyəti ilə məşğul olduğu və bir neçə dəfə məni və anamı taksi kimi lazım olan yerə apardığı üçün tanımışam. Dekabrın 16-da, səhər uşaqlarımı məktəbə yola saldıqdan sonra qapımız döyüldü. Həmin vaxtı anam da işdə olduğu üçün evdə heç kim olmayıb. Qapı döyülən zaman gələnin kim olduğunu soruşdum. Həmin şəxs həmkəndlim, sarı taksisi olan Ceyhun olduğunu bildirdi. Ona “eşidirəm, nə deyirsən” dedim. Ceyhun isə dünəndən anamın sellofanının toya gedəndə maşınında qaldığını, onu gətirdiyini bildirdi. Mən də Ceyhuna sellofanı qapının ağzına qoymasını dedim. Daha sonra isə Ceyhundan taksi kimi boş olub-olmadığını soruşdum. Ceyhun boş olduğunu bildirdi. Ceyhundan yarım saatdan sonra gəlib məni Qovlar şəhərinə apara bilib-bilməyəcəyini soruşdum. Ceyhun da apara biləcəyini dedi və getdi. Çimib çıxdıqdan sonra öz istifadəmdə olan mobil nömrə ilə Ceyhuna zəng etsəm, də zəng çatmadığı üçün məcbur olaraq saat 12 radələrində başqa maşınla qarşıdan yeni il şənliyi gəldiyi üçün valideyn iclasının olması ilə bağlı uşaqlarımın oxuduğu Qovlar şəhər internat məktəbinə getdim”.

“Anama zəng etdim”

Zərərçəkmişin sözlərinə görə, məktəbdə olan zaman saat 12:40 radələrində anası zəng edib və ondan harada olduğunu soruşduqda anasına məktəbdə olduğunu bildirib: “Anam da taksi sürücüsünə zəng etdiyini, sürücünün onu gözlədiyini dedi. Anama taksi sürücüsünə yarım saatdan sonra gəlməsini dedim. Mən də gəlmədiyi üçün başqa maşınla gəldiyimi söylədim. Saat 12.45-də Ceyhun mənə zəng etdi, Qovlarda olduğunu, məni  götürə biləcəyini dedi. Ceyhuna hələ məktəbdə olduğumu dedim. Sonuncu mənə gözləyə biləcəyini bildirdi. Saat 14.30-da Ceyhun yenidən zəng etdi, harada olduğumu soruşduqda, ona svetoforun yanında olduğumu bildirdim. Ceyhun da yaxınlıqda olduğunu söylədi. Daha sonra anama zəng etdim, sosial yardım düzəltdirmək üçün pasport çıxartmalı olduğumu dedim. Anam mənə pulunun olmadığını bildirdiyi üçün ona əsəbləşdim. Anam yenidən zəng etdi, işinin olduğunu, sabah gedə biləcəyimizi dedi”.
“Anamın “toyotalı kişi” ilə içdiyini dedi”

Səbinə deyib ki, bundan sonra Ceyhunun avtomobilini görüb və ona yaxınlaşaraq avtomobilə əyləşib: “Məni evimizə aparan zaman Ceyhun anamın Kürün qırağında sərxoş olduğu üçün vəziyyətinin yaxşı olmadığını dedi. Anamın kiminlə içdiyini soruşdum. Ceyhun anamın “toyotalı kişi” ilə içdiyini dedi. Həmin “toyotalı kişi” də anamın şəriki olduğu üçün arada onu evimizə gətirib. Əvvəllər də anamın şəriki ilə 1-2 dəfə Kürün qırağına gedərək yeyib-içdiyini mənə dediyi üçün bu barədə bilmişəm. Ceyhun anamın Kür qırağında yeyib-içməsini dediyindən mənimlə sosial yardım düzəltdirməyə getməyib, Kürün qırağında yeyib-içməyə getməsini öyrəndiyim üçün bu hərəkətinə görə əsəbləşdim. Ceyhun mənə anamın olduğu yerə apara biləcəyini dedi. Kürün qırağında anama sözümü demək üçün Ceyhunla razılaşdım, ora getdim”.

“Mənə yumruq atdı”

Səbinənin ifadəsinə görə, yolda gedəndə özünü yaxşı hiss eləmədiyi üçün Ceyhuna 1 manat pul verərək ondan su almasını xahiş edib: “Ceyhun da Heydər Əliyev prospektində yerləşən “Target” marketdən mənə 1 litrlik “Coca Cola” və iki ədəd su içmək üçün plastmas stəkan aldı. Sonra Ceyhun maşınını Qazax şəhəri istiqamətində sürdü. Yol boyu mənimlə heç bir söhbət etmədi. Kür çayının yolunu tanımadığım üçün Ceyhunun hara ilə getdiyini bilməmişəm. Həmin vaxtı avtomobildə arxada sağ tərəfdə əyləşmişəm. Getdiyimiz yolları tanımasam da, həmin yollar yaddaşımda qalıb. Ceyhun maşını 1 saata yaxın sürdükdən sonra maşınını torpaqlıq yol ilə sürməyə davam etdi. Yol uzandığı üçün narahat oldum, Ceyhundan uşağının baxçadan gəlib küçədə qaldığını, çatıb-çatmadığımızı soruşdum. Ceyhun da Ceyrançölün uzaq olduğunu dedi, az qaldığını, çatdığımızı dedi. Yol boyu Ceyhun heç bir yerdə maşını saxlamadı. Daha sonra isə yenidən Ceyhundan çatıb-çatmadığımızı soruşanda, yenə az qaldığını dedi.  Sonra maşını sürdüyü yerdə qəfildən saxladı. Ceyhun maşını saxlayanda ondan nə baş verdiyini soruşdum. Ceyhun da bir dəqiqə deyib maşından düşərək arxa sol qapını açdı, maşına oturaraq qapını örtdü. Qəfildən qolumdan tutduqda, Ceyhuna “ayə nolub, qolumu burax” dedim. Kənddə hamı məni “Nüşü” deyə çağırdığı üçün Ceyhun mənə “Nüşü, mən sənə çoxdandır demək istəyirdim, amma deyə bilmirdim, mənim səndən xoşum gəlir, bir həyat yoldaşım kimi istəyirəm səni” dedi. Ceyhun belə deyəndə ona qışqıraraq “sən nə danışırsan, ağlın başını idarə edirmi?” dedim. Bu zaman sağ əli ilə sol gözümə yumruq atdı”.

“Ona “namusumu ləkələmə dedim”

Səbinə deyib ki, daha sonra isə maşının qapısını açaraq düşmək istəyib: “Ceyhun qollarımdan tutaraq saxladı. Qışqıraraq ona “oğraş” dedim, məni buraxmasını bildirdim. Ona “əskik, mən sənə qardaş demişəm, utanmırsanmı?” dedim. Qışqırdığım üçün həmin günü uşaqları üçün Qovlar şəhərindən aldığım və sumkamdan avtomobilə tökülən rezin şardan birini Ceyhun götürərək boğazıma keçirdi. Mənə dedi ki, o qədər qışqır, səni kimdir eşidər?. Əlim ilə onun qolundan vurdim. Həmin vaxtı ona yalvararaq “Ceyhun səni and verirəm Allaha mənə toxunma, namusumu ləkələmə” dedim”.

“Məni də Nərmin kimi öldürəcəyini dedi”

Səbinə daha sonra ifadəsində Ceyhun tərəfindən ölümlə hədələnməsindən danışıb: “Ceyhun mənə həmin ərəfələrdə itkin düşən 10 yaşlı Tovuz rayonu Dondar Quşçu kənd sakini olan Şərifin qızı Nərmini öldürərək Kürə atdığı kimi məni də öldürüb, sonra Kürə atacağını dedi. Həddindən artıq çox qorxdum. Həmin vaxtı Ceyhun qolumu tutaraq arxaya tərəf burdu, əl ataraq maşının saxlanc yerindən mətbəx bıçağına oxşayan, bıçaq götürdü. Mənə “səni öldürmək iki vuraq ikidir, sən mənimlə razılaşmalısan, mənimlə olmalısan” dedi. Ceyhuna yalvararaq məni buraxmasını xahiş etdim. Lakin Ceyhun mənə qulaq asmayaraq maşından düşdü, şalvarını arxadan aşağı endirdi. Qışqıraraq “Ceyhun, mən namaz qılanam, məni korlama” dedim. Həmin vaxtı başım maşının oturacağına söykəli vəziyyətdə idi. Həmin vəziyyətdə də Ceyhun mənə “sən istəsən də, istəməsən də bu iş olacaq, istəyirsən mənə 10 il iş versinlər, bu iş olacaq, xeyri yoxdur” dedim. Yalvarışlarıma baxmayaraq Ceyhun mənə məhəl qoymadı. Ceyhun mənimlə zorla cinsi əlaqədə oldu”.

Səbinə daha sonra ifadəsində göstərib ki, Ceyhuna yalvarıb, onu buraxmasını istəyib: “Ceyhuna dedim ki, sən Allahın heç kimə, heç nə deməyəcəm, sənə söz verirəm, məni evimizə apar. Ceyhun da mənə “sən məni tutduracaqsan” dedi. Mən də heç kimə deməyəcəyimə dair and içəndə Ceyhun mənə inandı. Sonra da maşına oturaraq sürməyə başladı. Ceyhun maşını sürməyə başlayanda qışqıraraq “haradan gətirmisənsə, məni ora apar” dedim. Ceyhun mənə getdiyimiz yolun Əlimərdanlı kəndinin yoluna çıxdığını dediyi üçün dərhal sonra saat 17.30-da əvvəldən də tanıdığım polis əməkdaşı olan Orxana “hardasan, tez Əlimərdanlı yoluna gəl, tək gəl, məni polisə salma, mənə kömək elə” deyə mesaj yazdım. 3 oğlum olduğu üçün gələcəkdə başıma gələnlər oğlanlarımı utandırmasın deyə Orxana tək gəlməsini bildirdim. Orxan da mənə “102-ə zəng elə yerini bilək, oranı tanımıram axı, hara gəlim?” deyə sms yazdıqdan sonra Orxana zəng elədim. Amma danışmadım. Danışmamağıma səbəb də Ceyhunun telefonumu əlimdə görüb qırıb atmaması üçün olub. Sonra da Ceyhunu söyərək “utanmırsanmı məni bura gətirib zorlamağa, bəlkə sən indiyənə qədər mənə demişdin ki, səndən xoşum gəlir, mən səni qardaş bildim, sənin maşınına minmişəm. Ceyhun mənə “özümdən asılı olmadı, bilmədən oldu, səndən xoşum gəlir, səni arvadım olaraq görmək istəyirəm” dedi. Bu məzmunda onunla danışa-danışa gələn zaman Ceyhun mənə yalvararaq onu polisə verməməyimi xahiş etdi. Həmin vaxtı bu danışıqlarımızı telefonu ilə səs yazısında yazdım. Ceyhun avtomobili sürən zaman qəfildən tormoz verdi, maşını saxladı. Sonra da arxaya tərəf döndərib həmin ərazidə yerləşən yatağa tərəf sürdü. Orada olan qadından Əlimərdanlı kəndinə gedən yolu soruşdu. Daha sonra isə Ceyhun həmin qadının dediyi yolla maşınını sürməyə davam etdi. Yol boyu Ceyhun şikayət eləməməyini dedi. Həmin vaxtı artıq hava qaranlıq olub. Yolla gələndə bir neçə yerdə işıqları görüb rahatlaşdıqdan sonra Ceyhun məni zorladığı üçün onu söyməyə başladım. Orxana tez-tez zəng edib telefonu qulağına qoymayaraq sarı maşınla gəldiyimizi eşitdirdim. Maşında olan danışıqları eşitmələri üçün telefonu açıq qoydum. Təxminən 10-15 dəqiqədən sonra polis maşını bizi ötüb keçdikdən sonra geriyə qayıtdı, Ceyhunu saxlatdırdı”.

Məhkəmənin hökmü ilə Ceyhun Nuriyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli
Demokrta.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top