Gürcüstanda daha 769 nəfərdə koronavirus aşkarlandı

REGİON 19 iyn 2021, 19:59
Gürcüstanda son sutkada koronavirusa 769 yeni yoluxma faktı qeydə alınıb, 460 nəfər müalicə olunaraq sağalıb, 17 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 358 360 nəfər təşkil edir. Onların 343 837-si sağalıb, 5 148-i isə dünyasını dəyişib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top