Əhməd Davudoğlunu müşayiət edən avtomobil konvoyu qəzaya düşdü — VİDEO


DÜNYA 18 iyn 2021, 19:20
Türkiyənin sabiq baş naziri, hazırda “Gələcək Partiyası”na rəhbərlik edən Əhməd Davudoğlunu müşayiət edən konvoyun qəzaya düşməsi nəticəsində onun müavini Səma Silkin və bir nəfər yeniyetmə xəsarət alıb.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, qəza Əhməd Davudoğlunun partiyasının Kırklareli şəhərində yerləşən partiya binasının açılışından qayıdarkən baş verib.

Qəza yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları sədrin köməkçisini və yeniyetmə oğlanı dərhal xəstəxanaya çatdırıblar.

Son məlumata əsasən, hadisədən xəbər tutan Əhməd Davudoğlunun xəstəxanaya yollanaraq xəsarət alan şəxsləri ziyarət edəcəyi gözlənilir. 

Oxu.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyl 2021, 13:55
Top