Ərdoğan: "Azərbaycan, Gürcüstan və Ukrayna həll edilməyən problemlərin çətinliklərini hələ də yaşayır"


XARİCİ SİYASƏT 18 iyn 2021, 17:23
“Azərbaycan, Gürcüstan və Ukrayna həll edilməyən problemlərdən yaranan çətinlikləri yaşadı və hələ də yaşayırlar”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda çıxışı zamanı bildirib.

Rəcəb Tayyib Ərdoğan daha sonra deyib ki, Türkiyənin cənubunda dövlət qurmağa cəhd ediblər.

“Şimali Kipr Türk Respublikasının iki dövlət təklifini dəstəkləyirik. Aralıq dənizinin şərqi ilə bağlı Konfransın keçirilməsi təklifimiz hələ də müzakirə mövzusudur. Enerji mənbələrinin əməkdaşlığını asanlaşdırmaq bizim əlimizdədir. Bu yaxınlarda Yunanıstanla razılığıa gəlməyimizdən məmnunuq. Qədim dövlət ənənəsi həm də qədim diplomatiya mədəniyyəti deməkdir. Dipölomatiya üç qitəni əhatə edən Afro-Avrasiya ölkəsi olan Türkiyənin geniş bir baxışı ilə həyata keçirilir”, - Türkiyə prezidenti qeyd edib.

O, ölkəsinin terrorçuluğa qarşı mübarizəsindən, Türkiyəyə sığınan qaçqınlara yardımdan da bəhs edib.(report.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top