Putin-Bayden görüşündə Aleksey Navalnı məsələsinə toxunulub

DÜNYA 16 iyn 2021, 22:05
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşdə rusiyalı müxalif bloger Aleksey Navalnı məsələsini qaldırıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Co Baydenlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

"Prezident Bayden insan hüquqları mövzusuna toxundu. Bəli, biz bu barədə Baydenin təşəbbüsü ilə danışdıq", - deyə Rusiya prezidenti Aleksey Navalnı məsələsinin müzakirə olunub-olunmaması barədə suala cavab verərkən deyib.

A.Navalnı barədə danışan Rusiya prezidenti onun ölkə qanunlarını pozduğunu, həbs olunacağını bilə-bilə Rusiyaya qayıtdığını vurğulayıb: "Bu yoldaş qanunun tələbini bilərəkdən geri çevirərək xaricə müalicəyə gedib. Xəstəxanadan çıxan kimi isə axtarışa verilib. Bunu bilə-bilə o gəlib. Hesab edirəm ki, o, saxlanılması üçün bilərəkdən buna gedib. İstədiyini edib. Ona görə də burada nədən danışmaq olar ki?!".

Vladimir Putin ABŞ-ın Quantanamo həbsxanasının hələ də fəaliyyət göstərdiyini, bunun Amerika qanunlarına, beynəlxalq hüquqa uyğun olmadığını xatırladıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top