AVRO-2020: Slovakiya Polşadan üstün oldu

İDMAN 14 iyn 2021, 22:01
AVRO-2020-də I turun oyunları davam edir.

Demokrat.az-ın məlumatına görə, E qrupunda mübarizə start götürüb.

Əvvəlcə Polşa ilə Slovakiya üz-üzə gəlib. Sankt-Peterburqda baş tutan qarşılaşmanın ilk yarısı qarşılıqlı hücumlar şəraitində alınıb. Hesab isə 18-ci dəqiqədə açılıb. Turnirin ən yaşlı komandalarından olan Slovakiya kuryoz qolla önə keçib. Robert Makın zərbəsindən sonra dirəkdən dönən top qapıçı Voyçex Şesnıya dəyərək, tora düşüb. Bu, Avropa çempionatları tarixində ilk qapıçı avtoqolu olub.

Birinci hissədə qolun şokundan ayıla bilməyən polşalılar ikinci yarıya sürətli başlayıb və dərhal status-kvonu bərpa edib. Paulo Souzanın yetirmələrinin üstün olduğu bir vaxtda Qrzeqorz Krixovyakın meydandan qovulması Polşa yığmasının planlarını pozub. Bu, AVRO-2020-nin ilk “qırmızı”sı olub. Say üstünlüyündən lazımınca yararlanan slovaklar matçdan 3 xalla ayrılmağa müvəffəq olub. Milan Şkrinyarın 69-cu dəqiqədəki qolu sayəsində Stefan Tarkoviçin kollektivi turnirə minimalhesablı qələbə ilə başlayıb.

AVRO-2020
I tur, 14 iyun
E qrupu


20:00. Polşa – Slovakiya – 1:2
Qollar:
Linetti, 46 – Şesnı, 18 (avtoqol), Şkrinyar, 69
Qırmızı vərəqə: Krixovyak, 62

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
“Sankt-Peterburq” stadionu

"Apasport"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top