Kürdə batan 2 yeniyetmənin meyiti sudan çıxarıldı


HADİSƏ 14 iyn 2021, 13:55
Şəmkir rayonu ərazisində Kürdə batan 2 yeniyetmənin meyiti tapılıb.

Demokrat.az xəbər verir ki , Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlunun və 2005-ci il təvəllüdlü Yusif Araz oğlu Məmmədovun meyiti sudan çıxarılaraq adiyatı üzrə təhvil verilib.

Araşdırma aparılır.

Qeyd edək ki, dünən FHN-in "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top