Bakıda qohum olan qadınlar saç yoldusuna çıxdı — Şok olayın təfərrüatı

HADİSƏ 14 iyn 2021, 11:15
Bakının Sabunçu rayonunda 1985-ci il təvəllüdlü Təranə baldızı qızı Güneli döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Təranənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təranə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ki, zərərçəkmiş Günel onun baldızı qızıdır: “Bizimlə qonşuluqda ərimin qardaşı Məhərrəm öz ailəsi ilə birlikdə yaşayır. Baldızım Afət bizdən bir qədər aralı, qonşu məhəllədə ailəsi ilə birlikdə yaşayır. Hadisəyə qədər Afət və Günel ilə münasibətim yaxşı olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü, saat 21 radələrində yaşadığı evə tərəf gedərkən qonşusu Günel, Afət, Ləman, Xədicə, Ayşən və Aygün oturaraq çay içiblər: “Onların yanından keçən zaman Günel ünvanıma atmaca sözlər işlətdi. Bununla bağlı sonuncuya iradımı bildirdim. Bu səbəbdən də aramızda sözlə mübahisə yarandı. Biz bir-birimizin saçını yolduq. Bu zaman orada olan Afət, Xədicə, onların qızları üstümə hücum çəkərək məni yerə yıxdılar, döyməyə başladılar”.

Təranə qeyd edib ki, həmin vaxt Günelin saçından tutaraq yerə yıxıb: “Ola bilsin həmin vaxt Günel xəsarətlər alıb. Daha sonra, səs küyə evdən çıxan Məhərrəm və Xədicənin əri Tolqay, eləcə də yoldaşım Sabir yaxınlaşaraq bizi ayırdı. Sabir məni evimizə apardı. Münaqişə zamanı Tolqay da məni təpiklə vurub”.

Təranə bildirib ki, döyülməsi ilə bağlı polisə müraciət etmək istəsə də, yoldaşı Sabir bu məsələnin ailədaxili məsələ olduğunu deyərək ona polisə müraciət etməməsini bildirib: “Buna görə də polisə şikayət etmədim. Hadisədən 5 gün sonra biz Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət edildiş Orada mənə bildirildi ki, Günelin  tərəfimdən döyülməsinə dair şikayət var”.

Sabunçu rayon Məhkəməsinin hökmü ilə Təranənin barəsində olan cinayət işinə xitam verilib. Buna səbəb Təranənin zərərçəkmişlə barışması, zərərçəkmişin ondan şikayətçi olmaması olub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top